RU

Mario Balotelli uşaqlara futbol dərsi keçir

İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli karyerasının növbəti mərhələsini planlaşdırarkən uşaqlara futbol dərsləri keçirməyə başlayıb.

90deqiqe.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, “İnter”, “Milan”, “Liverpul” və “Mançester Siti”nin keçmiş hücumçusu 2023-cü ildən etibarən uşaqlara futbol öyrətməyə başlayıb.

Bunun əsas səbəbi isə Balotelliyə “Breşia” zamanı sərxoş vəziyyətdə avtomobil sürməsinə görə ictimai işlərin təyin olunması olub. Qəzetin məlumatına görə, bu məşqlər Balotelliyə xoş gəlib və o, indi onları fiziki forması üçün davam etdirir.

Balotellinin karyerasında sonuncu klub “Cenoa” olub. Yayda isə İtaliyanın D seriyası (dördüncü liqa) təmsilçisi “Pavia”nın hücumçuya maraq göstərdiyi barədə xəbərlər yayılmışdı.

Избранный
44
90deqiqe.az

1Источники