RU

Putin Tacikistandadır

Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfər edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, dövlət başçısı Tacikistan Prezidenti Emoməli Rəhmonla danışıqlar aparacaq. Liderlər ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə edəcəklər.

Bir sıra dövlətlərarası, hökumətlərarası və idarələrarası sənədlərin imzalanması gözlənilir.

Putin üç günlük səfər çərçivəsində, həmçinin ikinci Mərkəzi Asiya-Rusiya Sammitində və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.

Избранный
78
publika.az

1Источники