Rusiya Prezidenti Vladimir Putin Tacikistana dövlət səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Görüş zamanı iki ölkə arasında strateji əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq.
Tərəflərin regional təhlükəsizlik, iqtisadi əlaqələr və nəqliyyat-kommunikasiya layihələri ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparacağı gözlənilir.