RU

TDT beynəlxalq arenada artıq nüfuzlu qurum kimi tanınır— Deputat

“Türk Dövlətləri Təşkilatı uzun illər mədəni və iqtisadi əməkdaşlıq platforması kimi fəaliyyət göstərsə də, hazırkı mərhələdə təşkilatın gündəliyinə təhlükəsizlik, müdafiə və sərhəd sabitliyi kimi məsələlərin daxil edilməsi onun siyasi mahiyyətinin dəyişdiyini göstərir”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O bildirib k, əslində bu dəyişikliklər təkcə regionda deyil, dünyada baş verən hadisələr fonunda formalaşması zəruridir:

“Cənubi Qafqazda yaranmış yeni reallıqlar, Orta Asiya dövlətlərinin təhlükəsizlik çağırışları, qlobal güclərin rəqabəti türk ölkələrini daha sıx koordinasiyaya sövq etdi. İki gün Qəbələdə Türk Dövlətlər Təşkilatının Zirvə toplantısı keçirilir. Zirvə toplantısına qatılmaq üçün Türk dövlətlərinin liderləri ölkəmizə gəlməyə  davam edir. İki gün ərzində Qəbələdə keçirilən Zirvə görüşünün gündəliyinə regional təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizləri, enerji layihələri, ortaq dil və mədəni irsin qorunması kimi mövzuları daxildir”. 

Millət vəkili əlavə eidb ki, Azərbaycanın təşkilatın görüşlərinə tez-tez ev sahibliyi etməsi onun TDT məkanında lider ölkələrdən biri kimi nüfuzunu daha da möhkəmləndirir:

“Prezident İlham Əliyevin son illərdə türk birliyinin siyasi gücə çevrilməsi istiqamətində atdığı addımlar artıq nəticə verdiyini əminliklə deyə bilərik.  Bütün bunların nəticəsidir ki, TDT beynəlxalq arenada artıq nüfuzlu qurum kimi tanınır və qəbul edilir. Aparıcı dünya dövlətləri də bu təşkilatla əməkdaşlıqda çox maraqlıdır.  Azərbaycan TDT-nin ən fəal və strateji cəhətdən əhəmiyyətli üzvü olaraq həm təşkilatın yaradılmasında, həm də onun inkişafında aparıcı rol oynayıb. Əminəm ki, ölkəmizdə təşkil edilmiş digər beynəlxalq tədbirlər kimi bu sammit də yüksək səviyyədə keçiriləcəkdir”.

Leyla Turan 
Demokrat.az
Избранный
16
1
demokrat.az

2Источники