Bakı. Trend:
“Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığıinzibati xətalar haqqında işlər üzrə protokol tərtib etməksəlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na dəyişiklikedilib.
Trend xəbərverir ki, bubarədə Prezident İlham Əliyevin “AzərbaycanRespublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasınınİnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında”Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 178-VIIQDnömrəli Qanununun icrası ilə əlaqədar fərmanında qeyd olunub.
Fərmanda qeyd edilib:
Məcəllənin 279.2-ci və 279.3-cü maddələrində nəzərdə tutulmuşinzibati xətalar haqqında işlər üzrə protokol:
22-2.1. elektrik közərmə lampalarının idxalına münasibətdəAzərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından – buSiyahının 46.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
2-2.1. elektrik közərmə lampalarının idxalına münasibətdəAzərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından – buSiyahının 46.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
22-2.2. elektrik közərmə lampalarının istehsalına münasibətdəAzərbaycan Respublikasının Energetika Nazirliyi adından –energetika naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini,şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyükməsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin tabeliyindəEnerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri,onun müavinləri, departament direktoru, onun müavini, şöbə müdiri,sektor müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcımütəxəssis, mütəxəssis, filial rəhbəri, onun müavini, baş müfəttiş,böyük müfəttiş, aparıcı müfəttiş, müfəttiş;
22-2.3. elektrik közərmə lampalarının satışına münasibətdə:
22-2.3.1. inzibati xətanı aşkar etmiş Azərbaycan RespublikasınınEnergetika Nazirliyi adından – bu Siyahının 22-2.2-ci bəndindənəzərdə tutulan vəzifəli şəxslər;
22-2.3.2. inzibati xətanı aşkar etmiş Azərbaycan RespublikasınınPrezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət DövlətAgentliyi adından – Agentliyin sədri, onun müavinləri, Aparatınrəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri,baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi,regional bölmənin rəhbəri, onun müavini, sektor müdiri, başməsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.”.
2. Bu Fərman 60 Vt və daha yuxarı gücə malik olan közərməlampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vtdaxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarınamünasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minir.