RU

Emin “Titanik”in ulduzu ilə görüşdü -FOTO

Xalq artisti Emin Ağalarov məşhur amerikalı aktyor Billi Zeyn ilə görüşüb.

Redaktor.az xəbər verir ki, E.Ağalarov bu barədə teleqram kanalında paylaşım edib.

Həyat yoldaşı Alyona Qavrilova və aktyorla birgə fotosunu paylaşan Xalq artisti bildirib:

“Aktyor Billi Zeynlə birlikdə, əminəm ki, siz onu “Titanik” filmindən tanıyırsınız. Birlikdə dünya musiqi sənayesinin əfsanələri Devid Foster və Klayv Devislə nahar etdik. Ümumilikdə meqapeşəkar və həqiqətən də məşhur insanlarla möhtəşəm görüş oldu”.

Xatırladaq ki, Billi Zeyn “Titanik” filmində Kaledon Hokli rolunu canlandırıb.

 

Избранный
41
6
redaktor.az

10Источники