RU

Dəhşətli qəzada ölən Elşən 2 əsgər atası imiş – Video

Xəbər verildiyi kimi, oktyabrın 6-da Bakı–Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Şabran rayonunun Şahnəzərli kəndi ərazisində “Mercedes” markalı minik avtomobili yüksək sürətlə hərəkət edərkən yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü – Quba rayonunun Kələnov kənd sakini Elşən Rzabala oğlu Rzaquliyev hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, ölən şəxsin iki oğlu hazırda hərbi xidmətdədir.

İlkin ehtimallara əsasən, qəza avtomobilin həddindən artıq sürətlə hərəkət etməsi səbəbindən baş verib.

Hadisə yerindən dəhşətli görüntüləri təqdim edirik:

Yaşar Araz

Избранный
147
news24.az

1Источники