Bakı. Trend:
Füzuli rayonunun Dövlətyarlı kəndində aparılan bərpa vəyenidənqurma işləri son sürətlə davam edir. Layihə ümumilikdə 323hektar ərazini əhatə edir və iki mərhələdə icra olunur.
Trend xəbərverir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi məlumatverib.
Onun sözlərinə görə, birinci mərhələ 137 hektarlıq ərazidə 450fərdi yaşayış evinin inşası nəzərdə tutulur. Evlər 2, 3, 4 və 5otaqlı variantlarda tikilir. Ümumi yaşayış sahəsi isə təxminən 40min kvadratmetr təşkil edir:
Kəndin sosial infrastrukturu da paralel şəkildə qurulur. 360şagird yerlik tam orta məktəb, 120 yerlik uşaq bağçası, həkimməntəqəsi, eləcə də inzibati və çoxfunksiyalı bina tikilir. Bununlayanaşı, məktəb və bağçalar üçün qazanxana sistemi, transformatorlarvə digər mühəndis qurğuların da quraşdırılması nəzərdə tutulur.
Birinci mərhələdə bütün əsas kommunal xətlər də çəkilir. 15,6 kmdaxili yol, 42 km-lik 35 kV elektrik xətti, 45 km 0.4 kV elektrikxətti, 74 km rabitə xətti, 15,6 km su təchizatı, 17.8 km qazxətləri və 12,7 km kanalizasiya sistemi artıq layihəyədaxildir.
İkinci mərhələdə isə 186 hektar ərazidə 269 fərdi yaşayış evitikiləcək ki, bununla da kənddə evlərin cəmi sayı iki mərhələbirlikdə 719 olacaqdır. Bu mərhələdə ictimai və ticarət binaları,idman-sağlamlıq mərkəzi, bazar, fəvvarə və avtomobil texniki xidmətməntəqəsi kimi obyektlər də planlaşdırılıb. Gələcəkdə çoxmənzillibinalar və ictimai iaşə sahələri də bu ərazidə yaradılacaq.
Bu layihə Füzuli rayonunun müasir infrastruktur konsepsiyasınatam uyğun şəkildə, “ağıllı kənd” prinsipləri ilə həyata keçirilir.Məqsəd həm müasir yaşayış şəraiti yaratmaq, həm də bölgəninsosial-iqtisadi canlanmasını təmin etməkdir".