Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo yeni rekorda imza atıb.
Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, idman tarixinin ən çox qazanan futbolçularından biri olan Ronaldo ilk milyarder futbolçu olub.
Məlumata görə, ulduz futbolçunun sərvəti 1,4 milyard dollardır.
Daşqın HəsənovMissiya.Az