RU

Prezident kortejinə hücum olub

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

Ekvador prezidenti Daniel Noboanın kortejinə yenidən hücum olub.Newscenter.az TASS-a istinadən bildirir ki, dövlət başçısı Kanar əyalətində tədbirə gedərkən etirazçılar onun kortejinə hücum ediblər. Prezidentin mətbuat xidməti həbs olunanların adam öldürməyə cəhddə ittiham olunacağını bildirib."Prezident korteji səfər zamanı aqressiv şəxslərin hücumuna məruz qalıb, onun gəlişinə mane olmağa cəhd edilib. Lakin onlar onun vətəndaşlar qarşısında öhdəliklərini yerinə yetirməsinə mane ola bilməyiblər", - deyə məlumatda bildirilib.Saxlanılanların hamısı terrorizm və adam öldürməyə cəhddə ittiham olunacaq. Baş vermiş hadisəyə baxmayaraq, Noboa planlaşdırdığı tədbirləri ləğv etməyib.Mehman Mehdiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
29
newscenter.az

10Источники