RU

“Avant” şirkəti heç bir qanun tanımır… Sakinlər pis vəziyyətdə – Video

Yasamal rayonunda, köhnə Azon zavodunun ərazisində bina inşa edən “Avant” tikinti şirkəti gecə saat 23.20-də də qazıntı işləri aparır.

Tribunainfo.az xəbər verir ki, bu barədə İctimai Televiziyanın əməkdaşları üçün inşa etdiyi binada yaşayan aparıcı Nigar Sabirqızı bildirib.

O qeyd edib ki, gecə aparılan işin səsi bir yana, tozundan da evdə oturmaq mümkün deyil:

“Tozu təsəvvür belə edə bilməzsiz”.

Aparıcı bildirib ki, “Avant” Daxili İşlər Nazirliyinin gördüyü tədbirlərə də əhəmiyyət vermir:

“Ya da bu şirkət DİN-in görəcəyi tədbirlərdən çəkinmir. Biz bezdik daha”.

Gülşən Rəsul

Избранный
44
2
tribunainfo.az

3Источники