Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldonun şəxsi sərvəti 1,4 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilib və o, Bloomberg Milyarderlər İndeksinə daxil olan ilk futbolçu olub. Bu barədə Bloomberg nəşri yazıb.
Artıq 40 yaşına yaxınlaşan Ronaldo bu göstərici ilə həm idman, həm də biznes sahəsində unikal mövqe tutur. Onun sərvətinin böyük hissəsi sponsorluq müqavilələri, brend əməkdaşlıqları, sosial media gəlirləri və idman karyerasından qazanılıb.
Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir və futbol tarixinin həm ən çox tanınan, həm də ən çox qazanan idmançılarından biridir.
Aytac