RU

Fransa - Azərbaycan oyunun hakimləri bəlli oldu

DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Fransa - Azərbaycan oyunun norveçli hakim idarə edəcək.

İdman.biz-in məlumatına görə, baş hakim Rohit Saqqi olacaq.

Ona Yorqen Ronning Valstadsve və Ole Andreas Haukasen kömək göstərəcək. Dördüncü hakim funksiyasını Daniel Hiqraff yerinə yetirəcək.

VAR-da Tom Harald Haqen, AVAR-da Siqurd Krinqstad əyləşəcək.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda keçiriləcək.

İdman.biz

Избранный
72
6
idman.biz

10Источники