RU

Azərbaycanla matçı buraxacaq - Ukraynada daha bir itk

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Azərbaycanla qarşılaşacaq Ukrayna yığması növbəti itkiyə məruz qalıb..

Milli.Az-ın xəbərinə görə, Ukrayna Futbol Assosiasiyasının rəsmi məlumatına əsasən, müdafiəçi Aleksandr Timçik zədə səbəbindən komandaya kömək edə bilməyəcək.

O, Kiyev "Dinamo"sunun oyunçusudur.

Bundan öncə yarımmüdafiəçi Viktor Sıqankov da eyni səbəbdən yığmanın düşərgəsini tərk etmişdi.

Qeyd edək ki, Ukrayna millisi D qrupunda oktyabrın 10-da Reykyavikdə İslandiya, oktyabrın 13-də isə Krakovda Azərbaycan yığması ilə qarşılaşacaq.

Poliqon.info

Избранный
8
2
poliqon.info

3Источники