RU

Bakı Kitab Sərgisində ATMU-nun dərsliklər toplusu nümayiş olunub

XI Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) elmi işlər üzrə prorektoru pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim İranə Əliyevanın Azərbaycan dilinin tədrisinə dair dərsliklər toplusu nümayiş olunub. 

"Unikal" xəbər verir ki, müəllifin konfiqurativ metodika əsasında hazırladığı dərsliklər toplusu dövlət dilinin tədrisinə əsaslanmaqla metodik yanaşmanı ehtiva edir. Sərgi iştirakçılarına təqdim olunan dərsliklər toplusunun başlıca qayəsi azərbaycan dilinin xarici dil kimi təqdimatına əsaslanıb. 

Ümummilli lider Heydər Əliyevin kəlamları əsasında tərtib olunan “Xalq öz dili ilə yaranır” adlı dərslik çin, rus, ingilis və ispandilli oxucular üçün nəzərdə tutulub. Dil bacarıqlarının inkişafı ilə yanaşı, milli-mədəni dəyərlərin öyrənilməsinə və Azərbaycan mədəniyyətinin tanıdılmasına təkan verir. “Tarixi dəyişən şəxsiyyət” adlı digər dərs vəsaitində isə Heydər Əliyevin ölkə rəhbəri kimi ictimai-siyasi fəaliyyətindən bəhs olunur. Rus və ingilisdillilər üçün nəzərdə tutulan mətnlərin müəllifi tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlıdır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti, bioqrafiyası və müxtəlif tədbirlər zamanı söylədiyi çox qiymətli sitatlar əsasında tərtib olunan “Zəfərin müəllifi” adlı dərs vəsaiti rus və ingilisdillilər üçün nəzərdə tutulub.

“Fincan və yaşlı qadın” dərs vəsaiti isə uşaq nağılı əsasında hazırlanıb, rus və ingilisdilli şəxslər, o cümlədən azyaşlılar üçündür. Adıçəkilən vəsait tələbələrdə yaradıcılıq və mətnin interpretasiyası bacarıqlarını inkişaf etdirməyə yönəlib.

Sərgidə həmçinin “Русский язык (azərbaycandilli və ingilisdilli auditoriya üçün)” dərs vəsaiti də nümayiş etdirilib.
 

 

Избранный
17
1
unikal.az

2Источники