Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik maşınının sürücüsü həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındaki beton dirəyə çırpılıb.
Qəza zamanı sürücü və sərnişinlər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim Media, Aran bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта