RU

Rusiya ordusu Ukraynanın iki vilayətində irəliləyir

BAKI, 8 oktyabr. TELEQRAF

Rusiya qoşunları Ukraynanın Sumı və Zaporojye vilayətlərində irəliləyib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.

Söhbət Ukrayna bölgələrinin altı yaşayış məntəqəsindən gedir.

Məlumata görə, Rusiya ordusu Sumı vilayətinin Novomikolayivka kəndi yaxınlığında irəliləyib.

Həmçinin ruslar Zaporojyedə beş kəndin - Novoivanivka, Oxotniçe, Malinivka, Vişneve və Poltavka ətrafında irəliləməyə müvəffəq olub.

Избранный
30
teleqraf.com

1Источники