RU

“Microsoft” internet bağlantısı olmayan kompüterlərdə “Windows 11”in quraşdırılmasını qadağan edir

Microsoft  Windows 11 əməliyyat sistemi üçün ilkin quraşdırma tələblərini sərtləşdirib.

Operativ Media xəbər verir ki, bu barədə  "The Verge" məlumat yayıb.

Bildirilib ki, əməliyyat sisteminin ən son beta versiyası istifadəçilərə məcburi şəbəkə bağlantısından yan keçməyə və Microsoft hesabı əvəzinə yerli hesab yaratmağa imkan verən bütün məlum üsulları bloklayıb.

Bu dəyişiklik,  sistemin qurulmasının vacib mərhələlərini atlamağa səbəb olan həll yollarının aradan qaldırılmasına yönəlib.

Görülən tədbirlər nəticəsində yaxın gələcəkdə Windows 11-in quraşdırılması prosesini başa çatdırmaq üçün aktiv internet bağlantısı və Microsoft hesabı tələb olunacaq.


Şəfa Hüseynli

Избранный
67
operativmedia.az

1Источники