RU

“Monako” yeni baş məşqçi ilə danışıqlara başlayıb

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Monako"nun prezidenti Dmitri Rıbolovlev artıq Adi Hütteri komandasının "sükanı arxasında" görmür. Sport24.az xəbər verir ki, bu barədə "Foot Mercato" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, avstriyalının yerinə əsas namizəd Edin Terziç olsa da, alman mütəxəssis "Knyazlıq klubu"nun təklifini geri çevirib.

Terziçin imtinasından sonra isə "Monako" rəhbərliyi ötən ilin yazında "Yuventus"dan ayrıldıqdan sonra klubsuz qalan Tiaqo Mottanın nümayəndələri ilə də danışıqlara başlayıb.

Qeyd edək ki, "Monako" 7 turdan sonra 15 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
sport24.az

1Источники