RU

KİV: Qreta Tunberq İsraildə işgəncələrə məruz qalıb

BAKI, 8 oktyabr. TELEQRAF

İsveç hüquq müdafiəçisi Qreta Tunberq İsraildə həbsdə olduğu zaman özünə və digər aktivistlərə işgəncə verildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

O, gördüyü işgəncələrin detallara açıqlamayıb, amma həbs müddətində ona təmiz su verilmədiyini, digər aktivistlərin isə həyati əhəmiyyətli dərmanlardan məhrum edildiyini bildirib.

Sumud donanması sentyabrın ortasında Tunis sahillərindən Qəzza sektoruna yola düşüb, lakin İsrail bütün gəmiləri ələ keçirdi.

4 oktyabrda "The Guardian"Tunberqin həbsdə çarpayıda bitlərlə dolu kamerada saxlanıldığını, ona kifayət qədər su və yemək verilmədiyini bildirmişdi. .

İsrail Xarici İşlər Nazirliyi isə 5 oktyabrda aktivistlərin zorakılığa məruz qalması barədə iddiaları təkzib edib.

Избранный
70
teleqraf.com

1Источники