RU

Çexiya - Azərbaycan oyununa təyinatlar açıqlandı

21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin Çexiya (U-21) - Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.

UEFA-nın qərarına əsasən, görüşün baş hakimi Yovan Kaçevski təyin olunub. Ona Daniel Vasilevski, Aleksandar Gyorgyeski, Krumislav Gyorgiev (dördüncü hakim) köməklik göstərəcək.

Çexiya - Azərbaycan matçı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 20:00-da Karvina şəhər stadionunda keçiriləcək.

Избранный
20
sportinfo.az

1Источники