Qeyd edək ki, "Forbes" jurnalı tərəfindən 2025-ci ilin may ayında dünyanın ən zəngin üçüncü şəxsi elan edilən Ceff Bezosun MacKenzie Skott ilə evliliyindən üç oğlu və bir qızı var. Lauren Sanchezin isə əvvəlki evliliyindən üç övladı var. Ceff Bezos ilə Lauren Sançes iyul ayında Venesiyada dəbdəbəli toy mərasimi ilə evləniblər. "İlin toyu" adlandırılan mərasimə İvanka Tramp, Orlando Blum, Kardaşyan bacıları kimi məşhur qonaqlar qatılıb. 20 milyon dollara başa gəldiyi deyilən toy Ceff Bezosun Lauren Sançesə 500 milyon dollarlıq süper yaxtasında evlənmə təklifi etməsindən iki il sonra baş tutub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта