“İnter Mayami”nin futbolçusu Jordi Alba bu yay karyerasını bitirəcək. Msport.az xəbər verir ki, ispaniyalı müdafiəçi bununla bağlı sosial medaiada paylaşım edib.
Alba bir müddət əvvəl MLS təmsilçisi ilə müqaviləsini 2027-ci ilə qədər uzatsa da, deyəsən, indi fikirini dəyişib.
36 yaşlı futbolçu 2012-2023-cü illərdə “Barselona”nın formasını geyinib. O, buna qədər 3 il “Valensiya”nın formasını geyinib. Alba İspaniya millisində 93 oyunda 9 qol vurub.