RU

“Mançester Yunayted” yoldaşlıq oyunlarından 10 milyon qazana bilər

“Mançester Yunayted” bu mövsüm ərzində Səudiyyə Ərəbistanında yoldaşlıq oyunları təşkil etməklə 10 milyon funt sterlinqdən çox gəlir əldə edə bilər.

90deqiqe.Az "Daily Mail”ə istinadən xəbər verir ki, İngiltərə klubu “Əl-Nəsr” və “Əl-Hilal”ın iştirak edəcəyi üçtərəfli turnirdə oynaya bilər. Gözlənilir ki, “qırmızı şeytanlar” hər bir oyunda qələbə qazandıqları halda təxminən 5 milyon funt sterlinq və əlavə mükafatlar əldə edəcəklər. Bundan başqa, klub Səudiyyə Ərəbistanında olduğu müddətdə kommersiya müqavilələrindən də əlavə gəlir əldə edə bilər.

Qeyd olunur ki, "mankunianlar" qısa müddət ərzində yalnız bir oyunu keçirmək üçün də Səudiyyə Ərəbistanına səfər edə bilərlər.

Избранный
53
90deqiqe.az

1Источники