RU

İşgəncələr Əleyhinə Komitənin Azərbaycana buraxılması AŞ PA nın bizə münasibətini dəyişməyəcək SƏMƏD SEYİDOV

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan hökuməti iki illik fasilədən sonra Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin təmsilçilərini Azərbaycana buraxıb.

Ölkəmizdə səfərdə olan missiya polisin müvəqqəti saxlama təcridxanalarında, həmçinin Penitensiar Xidmətin müəssisələrində monitorinq aparıb.

Qeyd edək ki, AŞ PA Azərbaycanın deputat qrupunu bu qurumdan kənarlaşdıran zaman əsas arqumentlərdən biri kimi İşgəncələr Əleyhinə Komitə təmsilçilərinin ölkəyə buraxılmamasını göstərirdi.

AŞ PA-da Azərbaycanın tənqidçilərindən olan Frank Şvabe də sonrakı bəyanatlarında bunu xüsusi vurğulayıb.

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, Azərbaycan deputat qrupunun AŞ PA-dakı rəhbəri olmuş Səməd Seyidov Gununsesi.info–ya müsahibəsində bu barədə danışıb. 

Sözügedən müsahibəni təqdim edirik:

– Səməd müəllim, nəhayət, Azərbaycan hökuməti inadkarlığı yerə qoydu və İşgəncələr Əleyhinə Komitənin təmsilçilərini ölkəyə buraxdı. Nə gözləyirsiniz, bundan sonra AŞPA-nın Azərbaycana münasibətində yumşalma olacaqmı? 

-Mən sizə açıq deyim, bu məsələ Azərbaycanı hədəf almaq üçün səbəblərdən biri olub. AŞPA-ya Azərbaycanı tənqid etmək üçün fürsət lazım idi. Bu məsələni də qabardaraq bizi hədəfə alırdılar. Azərbaycan İşgəncələr Əleyhinə Komitəyə şərait yaratdı. Amma tam səmimi deyirəm ki, onlar- Şvabekimilər bizi yenə tənqid edəcək. AŞPA -da bir qrup adam var ki,  Azərbaycana daxilən nifrət hissləri var. Ona görə də mən gözləmirəm ki, bizə qarşı münasibətləri dəyişsin.

– Avropa Şurasının Baş katibi ilə Azərbaycanın dialoqu olurdu. Bu dialoqun da nəticəsi olmadı?

–  Avropa Şurasının Baş katibi ilə Azərbaycan arasında normal münasibət var. Bizim prezidentimiz də dəfələrlə Avropa Şurasının baş katibini qəbul edib. Mən sizə açıq deyirəm ki, onun özü də AŞPA ilə bacarmır. O da istəyir ki, bu münasibətlər qaydasında olsun. Dəfələrlə çağırışlar edib, amma nəticə yoxdur.  Təəssüf ki, Avropa Şurasının Baş katibi ilə olan konstruktiv münasibətimiz AŞPA ilə yoxdur. Bizim İşgəncələr Əleyhinə Komitə ilə, o cümlədən Yerli və Regional Hakimiyyətlər Konqresi və digər sturkturlarla əməkdaşlığımız var. AŞPA ilə ona görə yoxdur ki, Assambleya bir- iki nəfər tərəfindən girov götürülüb. Hətta dediyim kimi, o boyda təşkilatın baş katibi təsir göstərə bilmir.

-AŞPA-nın əsas çağırışlarından biri siyasi məhbuslar barədədir. Bunlar bizim reallıqlarımızdır. Hökumət bu problemi niyə həll etmir? 

– Bu gün Avropa Şurasının üzvü olan bütün ölkələrdə insan hüquqları barədə problemlər var. İnsan hüquqları söhbəti bizə münasibətdə əsas götürülmür. Bayaq da dedim ki, onların prioriteti insan haqları mövzusu deyil. Onlar sadəcə,  siyasi terror aparır. Söhbət bizi AŞPA-ya dəvət etməkdən də getmir. Biz dəvət gözləmirik. Burada söhbət etirafdan gedir. Onlar Azərbaycana qara yaxmaqla heç vaxt törətmədiyimiz işləri bizim boynumuza qoymaq istəyirlər. Amma bununla özlərini quyuya salıblar. İndi də bu quyudan çıxa bilmirlər. Bunlar insan haqqlarını alət kimi istifadə edirlər. Bütün üzv ölkələrdə müşahidə etsəniz görərsiniz ki, Azərbaycana hansı münasibət var. Yaxud da başqa ölkələrə bu münasibət necədir. AŞPA-da adamlar var ki, siyasətçi kimi danışmırlar. Hədə-qorxu ilə danışırlar. Ona görə siz də  insan haqqları məsələsini siyasi terrorçuluqla səhv salmayın. Bunlar siyasi terrorla məşğuldular, getdikcə bunların mövqeyi Azərbaycanın gördüyü işlərə görə zəifləyir.

Pərviz Həşimli

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
icma.az

1Источники