RU

Ərdoğan Putinlə Ukrayna və Qəzzanı müzakirə etdi

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. Bildirilib ki, söhbət zamanı ikitərəfli əlaqələr, regional və qlobal mövzular müzakirə olunub. Ərdoğan Türkiyənin Qəzzada atəşkəsin təmin edilməsi və humanitar yardımların bölgəyə çatdırılması üçün səy göstərdiyini söyləyib.

Həmçinin, Türkiyə lideri Ukrayna böhranının ədalətli və davamlı sülhlə sona çatması üçün diplomatik təşəbbüslərin çevikliyinin vacibliyini diqqətə çatdırıb.

Избранный
17
1
Ajans.az

2Источники