RU

Rusiyada daha bir müəmmalı ölüm - Media maqnatı pəncərədən yıxıldı...


Rusiyada daha bir müəmmalı ölüm hadisəsi baş verib. Belə ki, Sovet dövrünün ən mühüm media orqanlarından biri olan “Pravda” qəzetinin keçmiş baş redaktoru və nəşriyyat qrupunun rəhbəri 87 yaşlı Vyaçeslav Leontyev Moskvada müəmmalı şəkildə dünyasını dəyişib.

Leontyevin evinin pəncərəsindən yıxıldığı iddia edilir. Media maqnatı təxminən 21 metr hündürlükdən aşağı düşüb. Media maqnatı Kremllə sıx əlaqələri ilə tanınırdı.

Leontyevi yaxından tanıdığını ifadə edən Kreml əleyhdarı rusiyalı jurnalist Andrey Malgin, onu yeraltı milyonçu kimi kimi xarakterizə edib: "Partiya pulları" haqqında çox şey bilirdi. "Pravda" nəşriyyat qrupu Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin ən gəlirli qurumu idi".

Leontyevin ölümü ilə Rusiyada son illərdə artan "pəncərədən düşmə halları"na daha biri əlavə olundu. Çoxsaylı enerji şirkətlərinin rəhbərləri, oliqarxlar və yüksək rütbəli məmurlar Ukrayna müharibəsindən dərhal əvvəl və sonra oxşar şəkildə ölüblər.

Bəziləri zəhərlənib, bəziləri güllələnib, bəziləri isə "təsadüfən" hündürlükdən yıxılıb. Lakin bu ölümlərin çoxu Kremlin siyasətini tənqid edən və ya Putinə yaxın dairələrlə maraq toqquşması olan şəxslərlə bağlıdır.

Rusiya hakimiyyəti Leontyevin ölümü ilə bağlı hələlik açıqlama verməyib.

TAHİR

Избранный
23
baki-xeber.com

1Источники