RU

Emre Belözoğlu istefa verdi

ain.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Türkiyə Super Liqasında bu gün ikinci baş məşqçi istefası olub.

Sportal.az xəbər verir ki, "Antalyaspor"u çalışdıran Emre Belözoğlu postunu tərk edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

45 yaşlı mütəxəssis istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.

Emre Belözoğlu bu ilin yanvar ayında "Antalyaspor"un baş məşqçisi təyin olunmuşdu. Komanda ölkə çempionatında 8 turdan sonra 10 xal toplayıb və 10-cu yerdədir.

Qeyd edək ki, bu gün Super Liqanın digər təmsilçisi "Kayserispor" Markus Gidsolla yollarını ayırıb.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
10
sportal.az

10Источники