RU

Türkiyədə ağır qəza baş verib - onlarla yaralı var

Türkiyənin Diyarbakır vilayətinində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ölkə.az "Haber Global"a istinadla xəbər verir ki, Diyarbakır–Şanlıurfa avtomobil yolunda 6 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəza qeydə alınıb.

Hadisə nəticəsində iki yüngül kommersiya avtomobili, iki pikap və iki minik maşını toqquşub. Qəza barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Qəza zamanı xəsarət alan 12 nəfər təcili tibbi yardım maşınları ilə şəhər xəstəxanalarına aparılıb. Yaralıların vəziyyəti barədə hələlik məlumat verilməyib. Hadisənin səbəbləri araşdırılır.

Həmidə İbrahimova

Избранный
60
1
olke.az

2Источники