RU

Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməli qoyulub - YENİLƏNİB-1

Oktyabrın 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoyublar.

APA xəbər verir ki, Türkmənistan tərəfindən Füzulidə inşa ediləcək məscid kompleksinin ümumi ərazisi 1 hektardan çox olacaq. Məscid binasında hər biri 40 metr olmaqla 2 minarə inşa ediləcək. Əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcək. Burada eyni vaxtda 500 nəfər ibadət edə biləcək.

Qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində Azərbaycan dövlətinin gördüyü işlərə TDT-yə üzv və müşahidəçi ölkələr də öz töhfələrini verir. Belə ki, Türkmənistan tərəfindən Füzulidə məscidin tikintisi yanaşı, bu rayonda ilə Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Qırğızıstan tərəfindən Manas adına məktəbin tikilib istifadəyə verilməsi, Macarıstan tərəfindən Cəbrayılda məktəb binasının tikilməsi, Türkiyə şirkətlərinin bir çox tunel, körpü və yolların inşasında iştirakı bunun əyani göstəricisidir.

***

15:31

Fizulidə Türkmənistanın hədiyyəsi olan məscidin təməlqoyma mərasimi keçirilib.

APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün iştirakçıları prosesdə onlayn iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türkmənistan xalqına təşəkkürünü çatdırıb.

Dualar oxunduqdan sonra dövlət başçılarının onlayn iştirakı ilə məscidin təməli qoyulub.

***

13:33

"Bu gün Füzulidə Türkmənistanın dəstəyi ilə məscidin bünövrəsi qoyulacaq".

APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə bildirib.

Dövlət başçısı TDT-yə üzv ölkələrin Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinə dəstəyini yüksək qiymətləndirib.

Избранный
26
34
apa.az

10Источники