RU

Kreml: Moskva “Tomahawk” raketlərinin Ukraynaya ötürülməsində nüvə riski görür- YENİLƏNİB

Moskva “Tomahawk” raketlərinin Ukraynaya ötürülməsində nüvə riski görür.

APA-nın Moskva bürosu xəbər verir ki bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, “Tomahawk” qanadlı raketlərinin Kiyevə mümkün təhvil verilməsi eskalasiyaya doğru ciddi addım olacaq, çünki burada söhbət nüvə başlığı daşıya bilən silahlardan gedə bilər.

"Bu, eskalasiyaya doğru bir addım olacaq, lakin Kiyev üçün cəbhədəki vəziyyəti dəyişə bilməyəcək. Amma başa düşmək lazımdır ki, müxtəlif nüanslardan başqa, söhbət nüvə silahı daşıya bilən raketlərdən gedir.Ona görə də bu, həqiqətən də ciddi eskalasiya mərhələsidir" deyə Kremlin sözçüsü yekunlaşdırıb.

****

14:09

ABŞ-ın Ukraynaya “Tomahawk” raketləri verməsi eskalasiyaya doğru bir addım olacaq.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, prezidenti Vladimir Putin Rusiyanın ABŞ-ın Ukraynaya “Tomahawk” raketləri verməsi ilə bağlı mövqeyini açıqlayıb: "Bu, eskalasiyaya doğru bir addım olacaq, lakin Kiyev üçün vəziyyəti dəyişə bilməyəcək”, – Kremlin sözçüsü vurğulayıb.

Peskov əlavə edib ki, Rusiya Trampın Ukrayna münaqişəsinin sülh danışıqları vasitəsilə həllini asanlaşdırmaq iradəsini qoruyub saxladığına inanır.


Qeyd edək ki, Tramp praktiki olaraq Ukraynaya “Tomahawk” raketlərinin tədarükü ilə bağlı qərar qəbul etdiyini açıqlayıb.

Избранный
9
39
apa.az

10Источники