RU

Türk Dövlətləri Təşkilatı dünyanın ən nüfuzlu birliklərindən birinə çevrilib - Şavkat Mirziyoyev

Qəbələ. Trend:

Türk Dövlətləri Təşkilatı nisbətən qısa müddət ərzində əndinamik inkişaf edən nüfuzlu beynəlxalq birliklərdən birinəçevrilib.

Trend xəbər verirki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəbələdə TürkDövlətləri Təşkilatının Dövlət başçıları Şurasının 12-ci sammitindəçıxışında söyləyib.

“Əvvəla, ali səviyyədə siyasi dialoqun fəallaşması, qarşılıqlıetimadın möhkəmlənməsi, birgə layihələrin və humanitar proqramlarınhəyata keçirilməsi bu faktı aydın şəkildə təsdiqləyir”, - deyəÖzbəkistan Prezidenti qeyd edib.

O, həmçinin təşkilat çərçivəsində əməkdaşlığın getdikcə dahapraktik xarakter aldığını bildirib.

“Təkcə bir nümunə gətirim: bu gün Təşkilat çərçivəsində 35-dənçox istiqamət üzrə qarşılıqlı fəaliyyət həyata keçirilir.Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr sabit şəkildəgüclənir və proqnozlara görə, 2030-cu ilədək qarşılıqlı ticarətinümumi həcmi iki dəfə artacaq”, – Şavkat Mirziyoyev qeyd edib.

Избранный
37
1
az.trend.az

2Источники