Bakı. Trend:
Almaniya Azərbaycanın iqtisadi inkişafı üçün zəruri olan faktikiolaraq bütün sahələr üçün lazımı texnologiyalar və “nou-hau” təklifedə bilər.
Trend xəbər verirki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “Maliyyəkəsişməsində innovasiyalar və texnologiyalar” mövzusunda İxracınMaliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-Azərbaycan Konfransıçərçivəsində keçirilən mətbuat konfransında deyib.
“Mən yaxın illərdə münasibətlərimizi dərinləşdirmək vəgenişləndirmək üçün yaxşı perspektivlər görürəm, ələlxüsus daənənəvi energetika hüdudlarından kənarda olan sahələrdə. Azərbaycandavamlı olaraq fosil yanacağından bərpa olunan enerji mənbələrinəkeçid və iqtisadiyyatın şaxələndirilməsi siyasətini həyata keçirir.Almaniya və alman biznesi bu prosesdə Azərbaycanın etibarlıtərəfdaşları ola bilər”, - deyə o bildirib.
Horlemann Azərbaycanın ikitərəfli iqtisadi əlaqələr üçünəhəmiyyətli olan əsas sektorlara, o cümlədən energetika, bərpaolunan enerji mənbələri və infrastruktur, xüsusən də Orta Dəhlizlayihəsinə aktiv investisiya yatırdığını vurğulayıb.
“Biz Azərbaycanın yollar, dəmir yolları, limanlar və ümumilikdəticarət üçün önəmli olan infrastruktur sahələrinə qoyduğu bütüninvestisiyaları yüksək qiymətləndiririk. Bu eyni zamanda həmixracatçı, həm də investor kimi mövcud pozitiv dinamikanıdəstəkləmək üçün alman şirkətlərinə əla imkan yaradır”,- deyə oəlavə edib.