RU

Qarşıdurmaya son qoyuldu: Suriya onlarla atəşkəsə razılaşdı

Hələbdə Suriya Demokratik Qüvvələrinin (SDQ) adından çıxış edən PKK/YPG terror təşkilatı ilə Suriya təhlükəsizlik qüvvələri arasında baş verən şiddətli toqquşmalardan sonra atəşkəs razılaşması əldə edilib.

Publika.az xəbər verir ki, bu barədə “Əl-İxbariyyə” telekanalına danışan rəsmi şəxs məlumat verib.

Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrində baş verən qarşıdurmalardan sonra razılaşma əldə olunub.

Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin Baba dövlət televiziyasına açıqlamasında PKK/YPG hücumları nəticəsində 25 mülki şəxsin yaralandığını, bir jurnalistin isə yüngül xəsarət aldığını bildirib.

Избранный
53
publika.az

1Источники