“Real”ın yarımmüdafiəçisi Federiko Valverde Uruqvay millisinin heyətində çıxış etməyəcək.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
27 yaşlı futbolçunun yığmadan kənarda qalması nə zədə, nə də anlaşmazlıqla bağlıdır. Bu, oyunçu ilə baş məşqçi Marselo Bielsanın qarşılıqlı qərarıdır. “Real” da futbolçunun yığmanın düşərgəsinə yollanmasını istəməyib.
Uruqvay millisi oktyabrda 2 yoldaşlıq oyunu keçirəcək. Cənubi Amerika təmsilçisi ayın 10-da Dominikan Respublikası ilə, 3 gün sonra isə Özbəkistanla qarşılaşacaq. Komanda artıq 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.