Baş Dövlət Yol Polisi İdarəsi ötən gün Şabranda baş verən ağır qəzanın görüntülərini yayıb.
Bu barədə Publika.az-a Baş Dövlət Yol Polisi İdarəsi məlumat verilib.
Bildirilib ki, Bakı–Quba avtomobil yolunun 136-cı kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş veib.
İlkin ehtimala əsasən, yüksək sürətlə idarə olunan "Mercedes" markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq ağaclara çırpılıb.