RU

Kilyan Mbappe millimizə qarşı oynamaya bilər

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Fransa yığmasında hücumçu Kilian Mbappe zədəsini sağaltmaqla məşğuldur.

Operativ Media xarici mətbuata istinadən xəbər verir ki, “Vilyarreal”la (3:1) oyunda sağ topuq bağlarının dartılması səbəbindən xəsarət alan ulduz futbolçu bərpa kursu keçir.

Bunu həkim nəzarətində edən 26 yaşlı forvard millisinin ilk məşqində iştirak etməyib. Mbappe yüngül zal hərəkətləri ilə kifayətlənib.

Qeyd edək ki, Fransa oktyabrın 10-da Parisdə Azərbaycan millisini qəbul edəcək.

Избранный
62
operativmedia.az

1Источники