RU

Beşqat Fransa çempionu “Monako”nun baş məşqçisi ola bilər

BAKI, 7 oktyabr. TELEQRAF

İtaliyanın “Yuventus” klubunun sabiq baş məşqçisi Tyaqo Mottanın işsiz günləri başa çatmaq üzrədir.

Teleqraf “Footmercato” nəşrinə istinadən xəbər verir ki, italyan mütəxəssis hazırda “Monako” klubunun baş məşqçi postuna mümkün namizədlərdən biridir.

O, 2023-cü ildən kluba rəhbərlik edən Adi Hütteri əvəzləyə bilər. Klub Çempionlar Liqasındakı uğursuz nəticələri aradan qaldırmaq və vəziyyəti yaxşılaşdırmaq üçün 42 yaşlı məşqçini bu vəzifəyə gətirmək niyyətindədir.

Çempionlar Liqasında qrup mərhələsinin ilk iki oyununda "Monako" "Brügge"yə böyük hesabla uduzub (1:4), "Mançester Siti" ilə heç-heçə edib (2:2).

Qeyd edək ki, Motta 2025-ci ilin martında “Yuventus”dan ayrılıb. Bir neçə turun ardından “Monako” Liqa 1-də 13 xalla beşinci pillədə qərarlaşıb. Futbolçu karyerası dövründə Tyaqo Motta PSJ klubunun heyətində beş dəfə Fransa çempionu olub.

Избранный
69
teleqraf.com

1Источники