RU

Mərkəzi Univermaqda müştərilərin qızıllarını ələ keçirən qadın həbs edildi – MƏHKƏMƏ

BAKI, 7 oktyabr. TELEQRAF

Mərkəzi Univermaqda müştərilərin qızıllarını ələ keçirməkdə ittiham olunan 1993-cü il təvəllüdlü Günay Muradəliyeva həbs edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən G. Muradəliyeva 5 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə iclas zalında dərhal həbs edilib.

Qeyd edək ki, Mərkəzi Univermaqda satıcı işləyən G. Muradəliyeva üç nəfərdən satış üçün götürdüyü qızılları “Yetər” MMC adı ilə fəaliyyət göstərən lombarda və banklardan birinə girov qoymaqla külli miqdarda pul götürüb. Həmin pulları öz şəxsi məqsədləri üçün sərf edib.

Üç zərərçəkmişin Günaya etibar etdikləri qızılların ümumi məbləği 103 min manat qiymətləndirilib.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqla Günay Muradəliyeva dələduzluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq dövründə onun barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdi.

Избранный
28
teleqraf.com

1Источники