RU

Ceyhun Bayramov: Ortaq dil, tarix və ənənələrə söykənən...

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Ortaq dil, tarix və ənənələrə söykənən, Naxçıvan müqaviləsi ilə təməli qoyulan Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi və mədəni istiqamətlər daxilində 35-dən çox sahədə əməkdaşlıq inkişaf edib".Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısında deyib.Onun sözlərinə görə, beynəlxalq qurumlara inamın sarsıldığı dövrdə TDT arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələrinin dinamikası hamımız üçün təkcə qürur mənbəyi deyil, gələcəyə ümidlə baxmağımıza möhkəm əsasdır:"Bu gün təşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərin təkliflərini dinləyəcəyik. Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT-nin illik Zirvə görüşlərinin sayının ikiyə çatdırılması əməkdaşlıq imkanlarımızın çevik, dərin və ətraflı müzakirəsi üçün fürsət yaradıb".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
12
reyting.az

10Источники