"Report"un yerli bürosu xəbər verir ki, sessiyanın plenar debatlar hissəsində Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ölkənin bəyanatını səsləndirib.
Sənəddə Azərbaycanın İcraiyyə Şurasına son dördillik üzvlüyü dövründə həyata keçirdiyi aktiv fəaliyyəti haqqında məlumat verilib, ölkənin bundan sonra da UNESCO platformasında fəal iştirak və təşkilatın mandatına töhfə verməkdə davam edəcəyi vurğulanıb.
E.Abdullayev BMT Nizamnaməsinin və UNESCO Konstitusiyasının qəbulunun 80 illiyi münasibətilə beynəlxalq həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib. Bu səpkidə Azərbaycanın regionda sülh, təhlükəsizlik və əməkdaşlıq naminə gördüyü işlər, o cümlədən Ermənistanla sülh prosesinin irəli aparılması istiqamətində atdığı addımlar diqqətə çatdırılıb. Bu xüsusda, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilmiş tarixi görüş və sülh sazişi mətninin ilkin paraflanması xüsusi qeyd olunub.
Azərbaycan-UNESCO əməkdaşlığına toxunan daimi nümayəndə keyfiyyətli təhsil istiqamətində həyata keçirilən layihələr, elm və süni intellekt sahəsində təşəbbüslər, qadınların və gənclərin elmdə rolunun gücləndirilməsi, habelə "Bakı Prosesi" çərçivəsində mədəniyyətlərarası dialoqun təşviqini xüsusi olaraq vurğulayıb. Eyni zamanda, irqçiliyin bütün formalarına və təzahürlərinə qarşı UNESCO çərçivəsində birgə mübarizənin zəruriliyi ifadə olunub.
Sonda Azərbaycanın UNESCO-nun dəyərlərinə sadiq qalaraq beynəlxalq sülhün möhkəmləndirilməsi yolunda fəaliyyətini qətiyyətlə davam etdirəcəyi açıqlanıb.
10Источники
-
oxu.azBMT də Azərbaycanın antiterror təşəbbüsləri təqdim olunub ( 22159678)
-
musavat.comBMT-də Azərbaycanın antiterror təşəbbüsləri təqdim olunub ( 22158955)
-
demokrat.azUNESCO da Azərbaycanın bəyanatı səsləndirilib ( 22123201)
-
demokrat.azUNESCO-da Azərbaycanın bəyanatı səsləndirilib ( 22122589)
-
baki-xeber.comBMT kürsüsündə qələbə nitqi... ( 21989032)
-
yeniazerbaycan.comÖlkə Prezidenti cənab İlham Əliyevin Nyu-York səfəri Azərbaycanın dövlətçilik tarixinə mühüm bir mərhələ kimi düşdü ( 21975079)
-
yeniazerbaycan.comÖlkə Prezidenti cənab İlham Əliyevin Nyu York səfəri Azərbaycanın dövlətçilik tarixinə mühüm bir mərhələ kimi düşdü ( 21974401)
-
metbuat.azİqlim Həftəsinin ikinci günü əməkdaşlıq, təmiz enerji və gənclərin roluna həsr olunub ( 21924583)
-
metbuat.azİqlim Həftəsinin ikinci günü əməkdaşlıq, təmiz enerji və gənclərin roluna həsr olunub ( 21924100)
-
azerbaijan-news.azBakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günü beynəlxalq əməkdaşlıq, təmiz enerji və gənclərin liderliyinə həsr olunub ( 21911407)