RU

Lənkəranda 60 hektar çəltik sahəsi məhv olub

LƏNKƏRAN, 7 oktyabr. TELEQRAF

Lənkəranda 60 hektar çəltik sahəsi məhv olub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, son günlər Lənkəranda yağan intensiv yağışlar nəticəsində 60 hektara yaxın çəltik sahəsi yararsız vəziyyətə düşüb.

Fermerlərin sözlərinə görə, sel suları sahələri biçin vaxtı basdığı üçün həm yığım prosesi ləngiyib, həm də məhsul tələf olub.

Fermer-aqronom Möhtəmən Fərziyev bildirib ki, bu il “Belita” və “Malisa” sortları əkilib, lakin yağışlar məhsuldarlığa ciddi təsir göstərib.

Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, rayonda ümumilikdə 780 hektarda çəltik əkilib, onlardan 60 hektara yaxın sahə yağış və sel nəticəsində sıradan çıxıb. Sünbüllər torpağa yatdığından kombaynlar həmin ərazilərdə biçin apara bilməyib.

Избранный
53
teleqraf.com

1Источники