III MDB Oyunları davam edir.
Tribunainfo.az -ın məlumatına görə, bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək.
Belə ki, Gəncə İdman Sarayında qılıncoynatma yarışlarının qalibləri müəyyənləşəcək.
Gəncə Olimpiya İdman Kompleksində isə yunan-Roma güləşi üzrə yarışın mükafatçıları bəlli olacaq.
Şəkidə çövkən üzrə yarışda Azərbaycan və Özbəkistan milliləri qarşılaşacaq. Komandalar medal uğrunda mübarizə aparacaq.
Bədii gimnastika yarışları da Şəkidə davam edəcək.