RU

Vəfat edən sabiq nazirin vəzifəsinə təyinat olacaq Bu tarixdə

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Oktyabrın 9-da, saat 10:00-da "Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Mia.az Report-a istinadla xəbər verir ki, yığıncaq cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Tbilisi prospekti, 147 ünvanında olacaq.

Yığıncağın gündəliyinə ASC-yə baş direktorun seçilməsi daxildir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarına əsasən, indiyə qədər "Respublika Diaqnostika Mərkəzi"nə keçmiş səhiyyə naziri, oktyabrın 3-də vəfat etmiş Oqtay Şirəliyev rəhbərlik edib.

Mərkəz 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,415 milyon manatdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
40
mia.az

8Источники