RU

Gürcüstanda etirazlardan sonra 13 nəfər tutuldu

Gürcüstan Daxili İşlər Nazirliyi oktyabrın 4-də yerli seçkilər günü iğtişaşlar zamanı hökuməti devirməyə cəhd etməkdə şübhəli bilinən 13 nəfərin saxlanılıb bildirib.

Modern.az xəbər verir ki, bu barədə nazir müavini Aleksandr Daraxvelidze deyib.

"Oktyabrın 4-də baş vermiş iğtişaşlarda iştirak edən 15 nəfər müəyyən edilib, onlardan 13-ü saxlanılıb", - o, brifinqdə bildirib.

Nazir müavininin sözlərinə görə, hökumət çevrilişinə cəhd, qruplaşmada iştirak, konstitusiya quruluşunun dəyişdirilməsi maddələri ilə istintaq aparılır.
Избранный
21
26
sherg.az

10Источники