RU

Başınız ağrıyırsa, dərman atmayın - BU ÇAYLARDAN BİRİNİ İÇİN

Əksər hallarda baş ağrısının səbəbi yorğunluq və gərginlik olur. Belə vəziyyətdə xalq təbabəti vasitələri çox yaxşı kömək edir. Ölkə.Az sizə baş ağrısını azaldan ən effektli 5 çay reseptini təqdim edir:

- Adi qara çay
Qara çay baş ağrısını azaldan ən tanınmış vasitələrdən biridir.

- Çobanyastığı çayı
Bu çay çox yaxşı sakitləşdirir, rahatlaşdırır və həmçinin iltihabı azaldır.
1 ç.q. otu 1 fincan isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün və için.

- Darçınlı çay
Darçın spazmı ardan qaldırır, sakitləşdirir.
1 fincan isti suya yarım qəhvə qaşığı darçın əlavə edin, qarışdırın və için. Çaya bal da əlavə edə bilərsiniz.

- Zəncəfilli çay
Bu çay spazmları azaldır, iltihabəleyhinə təsirə malikdir. Zəncəfilli çay tək adi baş ağrısı deyil, miqren zamanı da effektlidir.
Baş barmaq boyda zəncəfil kökükün tikəsini götürüb təmizləyin, sürtgəcdən keçirin, 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və için. Dadını yaxşılaşdırmaq üçün çaya bal və limon əlavə edə bilərsiniz.

- Nanəli çay

Çox dadlı və faydalı çaydır. Baş ağrısı, ürəkbulanması, mədə ağrısını aradan qaldırır.

1 ç.q. quru nanəni 1 fincan isti suda dəmləyin, süzün və için.
 

Избранный
107
olke.az

1Источники