Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən kərpic zavodunda faciəli hadisə baş verib.
Belə ki, 1996-cı il təvəllüdlü Əfqan Babayev zavodun dam örtüyünü təmir edərkən ayağı sürüşərək yıxılıb və dünyasını dəyişib.
Zavodun məsul şəxsi Orxan Həsənzadənin sözlərinə görə, hadisə dam örtüyünün dəyişdirilməsi zamanı baş verib:
"Bütün təhlükəsizlik tədbirləri görülmüşdü. Kaskalar və kəndirlər mövcud idi. Hadisə işçinin məsuliyyətsizliyi nəticəsində baş verib. İstintaq prosedurları yekunlaşdıqdan sonra işçinin necə yıxıldığı dəqiqləşəcək".
Ətraflı Baku TV-nin süjetində: