RU

İllinoys və Çikaqo Trampı məhkəməyə verdi

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

İllinoys ştatı və Çikaqo şəhəri ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Milli Qvardiyanın federal nəzarət altında yerləşdirilməsinə mane olmaq üçün məhkəməyə müraciət edib.

Bakupost.az xəbər verir ki, iddiaçıların vəkilləri federal hakimdən hər hansı ştata Milli Qvardiyanın səfərbər edilməsini və İllinoys ştatına göndərilməsini qadağan etməyi xahiş edərək, ştatın yalnız prezidentlə siyasi fikir ayrılıqlarına görə hədəfə alındığını iddia ediblər.

İddia ərizəsində vurğulanır ki, İllinoys ştatında üsyan yoxdur və federal hökumət qanunun aliliyini təmin etməyə qadirdir. Hüquqşünaslar iddia edirlər ki, Tramp daxili nizam-intizam üçün ordudan istifadəni qadağan edən qanunu pozur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
1
www.bakupost.az

2Источники