RU

Ötən ay iri sahibkarlığa verilən kreditlərin həcmi məlum olub

Cari ilin sentyabrın 1-nə Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,035 milyard manat təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, cari ilin avqust ayının 1-i ilə müqayisədə 186,7 milyon manat və ya 2,3% az, ötən ilin eyni dövrünə nisbətən isə 186,7 milyon manat və ya 2,4% çoxdur.

Belə ki, cari ilin avqust ayının 1-nə Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,221 milyard manat, 2024-cü ilin sentyabrın 1-nə isə 7,848 milyard manat idi.

Qeyd edək ki, bu ilin sentyabr ayının 1-nə Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,092 milyard manat təşkil edib.

AzPost.az

Избранный
44
2
azpost.info

3Источники