BAKI, 6 oktyabr. TELEQRAF
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını İngiltərə çempionatında davam etdirə bilər.
Teleqraf “TEAMtalk” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı almaniyalı qolkiper ilə “Mançester Yunayted”, “Tottenhem” və “Nyukasl” maraqlanır.
Kataloniya klubunun rəhbərliyi ter Ştegeni satmağı nəzərdən keçirir. Bunun səbəbi heyəti gəncləşdirmək və əsas qapıçı rolunda Joan Qarsiyanı sınamaq istəməsidir.
Qeyd edək ki, Ter Ştegen “Barselona”da 2014-cü ildən çıxış edir. Bu müddətdə 422 oyun keçirib, altı La Liqa titulu, altı İspaniya Kuboku və Çempionlar Liqasını qazanıb.